AZ

Luk Şou yenə zədələndi

"Mançester Yunayted"in futbolçusu Luk Şou yenidən zədələnib.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 29 yaşlı müdafiəçi təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
 

Xatırladaq ki, Şou sonuncu dəfə ötən ilin dekabr ayının əvvəlində oynayıb. Sonra isə o, əzələ zədəsi səbəbindən meydandan çıxıb. Futbolçu cari mövsüm cəmi 3 matç keçirib.


Bu, həm də Lukun karyerasında 30-cu zədəsidir. O, müxtəlif zədələr səbəbindən artıq 300-ə yaxın matçı buraxıb.

Bizim.Media

Seçilən
13
2
bizim.media

3Mənbələr