AZ

İndi ABŞ-ın "Apple" şirkəti Çinin hədəfindədir

ABŞ-ın gömrük rüsumları (tariflər) tətbiq etməsindən sonra Google-a qarşı antiinhisar araşdırmasına başlayan Çin, indi də Apple-ın App Store ödənişləri ilə bağlı iş açmağı planlaşdırır. Çinin rəqabət orqanı, Apple-ın siyasətləri və proqram tərtibatçılarından aldığı haqlarla bağlı potensial araşdırma üçün əsasları araşdırır.

Marja.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumatda, Çinin rəqabət orqanının Apple-ın siyasətlərini nəzərdən keçirdiyini, o cümlədən tətbiqdaxili qiymətlərin 30%-ə qədər azaldılmasını, xarici ödəniş xidmətlərini və mağazalarını qadağan edilməsini nəzərdə tutduğu qeyd edilib.

Çinin rəqabət orqanının rəsmiləri ötən ildən Apple-ın rəhbərliyi və proqram tərtibatçıları ilə görüşlər keçirirdi.

"Çinli tənzimləyicilər hesab edirlər ki, Apple yerli proqram tərtibatçılarından əsassız yüksək ödənişlər alır", - mənbələr Bloomberg deyib.

Narahat olanlar hesab edir ki, üçüncü tərəf proqram mağazalarının və ödəniş üsullarının bloklanması da rəqabəti "boğur" və yerli istehlakçılara zərər verir.

Apple dəyişiklik etməkdən imtina edərsə, hökumət rəsmi araşdırmaya başlaya bilər.

Seçilən
0
1
marja.az

2Mənbələr