AZ

İsrail polisi iki rusiyalı mühaciri ekstremizmə görə həbs edib

İsrail polisi iki rusiyalı mühaciri ekstremizmdə və Fələstini dəstəkləməkdə şübhəli bilinərək saxlayıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb.

 

"Mərkəzi rayon polisi Rişon LeZion sakinini və onun həyat yoldaşını ekstremizmdə şübhəli bilinərək həbs edib", - məlumatda deyilir.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cütlükdə odlu silahlar, solçu və cihadçı ekstremist ədəbiyyat, İsrail əleyhinə plakatlar da olub. Onların Fələstin tərəfdarı olan qraffitilərin çəkilməsi ilə də məşğul olduqları iddia edilir. Həbs edilən cütlük bir neçə il əvvəl Rusiyadan İsrailə mühacirət edib.

 

Bundan əvvəl İsrailin baş naziri bildirib ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə olanların hamısından İsrailin ən böyük dostudur. Onun sözlərinə görə, İsrail xalqı Trampa böyük hörmət bəsləyir.

 

Nigar

 

Seçilən
28
50
oxu24.com

10Mənbələr