Ölkənin bir qrup tanınmış ziyalıları, elm, mətbuat xadimləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun mənzillə təmin olunması üçün Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Müraciətdə bildirilir: “Möhtərəm cənab Prezident İlham Əliyev!
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov haqqında bu məktubu Sizə ünvanlayanda elm adamlarına böyük diqqətinizə güvənir, xahişimizə həssas yanaşacağınıza ümid bəsləyirik.
Nəzərinizə çatdıraq ki, İdris Abbasov müstəqillik dövrü Azərbaycan dilçiliyində müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun fundamental elmi tədqiqatların aparılmasında, dilşünaslıq sahəsində müvafiq kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan az sayda dilçi-alimlərdən biridir.
İdris Abbasov Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirmiş, orta məktəbdə və Bakı Dövlət Universitetində müəllim, Naxçıvan Dövlət Universitetində müəllim, sonra kafedra müdiri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda baş elmi işçi, sonra şöbə müdiri vəzifələrində olmaqla, 30 ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, dilçililik elmində, xüsusən sami dilləri, nəzəri dilçilik və Azərbaycan dilçiliyi sahəsində əhəmiyyətli əsərlər ortaya qoymaqla, dilçiliyimizə “tərcümə, tədqiqat və şərh” üslubunu gətirmişdir. Bundan əlavə, o, on ildən artıq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Naxçıvan MR İdarəsinin rəisi vəzifəsində çalışmışdır”.
Müraciətdə vurğulanır ki, İ.Abbasovun XXI əsrdə canlandırdığı dahi Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiqat və şərhi” (Azərbaycan dilinin ilk elmi qrammatikası) monoqrafiyası Azərbaycan dilçiliyində hadisə sayılmış və əsər 2018-ci ildə Dövlət mükafatına təqdim olunub. “Onun dilçiliyə dair digər əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İ.Abbasov yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifidir. Onun monoqrafiyalarına dünyanın müxtəlif ölkələrindən müsbət münasibət və rəylər bildirilmişdir. Lakin dövlətimizə və elmimizə kifayət qədər xidmətləri olan bir şəxs, təəssüf ki, maddi çətinlik içərisində 4 nəfər ailə üzvü ilə birlikdə tam əlverişsiz bir şəraitdə – kiçik yataqxana otağında yaşayır. Ailə-uşaq qayğısı olan bir alimin evsiz, üstəlik də yetkin yaşlı xəstə övladının olmasının nə qədər çətin olduğunu geniş vurğulamağa, yəqin ki, ehtiyac yoxdur. Əgər alimə dövlət tərəfindən kömək göstərilməsə, onun öz mənzil problemini nə vaxtsa öz gücü ilə həll edəcəyini düşünmək çətindir.
Möhtərəm cənab Prezident!
Biz aşağıda imza edənlər elm və dövlətimiz qarşısındakı xidmətlərini, özünün, xüsusən övladının uzunmüddətli xəstəliyini, çətin maddi durumda yaşadığını nəzərə alıb professor İdris Abbasovun fərdi mənzillə təmin olunmasına kömək etməynizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün elm və ümumən, ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən dərin və sonsuz minnətdarlığımızı bildiririk”.
Müraciəti Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Cəfərov, Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü Əbülhəsən Abbasov, filologiya elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i, Prezident təqaüdçüsü Qulu Məhərrəmli, tarix elmləri doktoru, dosent (AMEA) Nigar Gözəlova, filologiya elmləri doktoru, professor (AMEA) Nizami Tağısoy, filoloq, tənqidçi, ədəbiyyatşünas (AYB) Əsəd Cahangir, filologiya elmləri doktoru, professor (APU) Sərdar Zeynal, filologiya elmləri doktoru, (BDU) Vüqar Qaradağlı, filologiya elmləri doktoru, professor (BDU) Nəsrulla Məmmədov, filologiya elmləri doktoru, dosent (AMEA) Siracəddin Hacı, – tarixçi-urartuşünas (AMEA) Ramin Əlizadə, filologiya elmləri doktoru (AMEA) İlhami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru (AMEA)
Zülfiyyə Musəvi, filologiya elmləri doktoru, dosent (AMEA) Gülsüm Hüseynova, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent (AMEA) Faiq Ələkbərli, filologiya üzrə fəlsəfə doktoru, dosent (AMEA)
Gülşən Axundova, filologiya elmləri doktoru (AMEA) Fizuli Mustafayev, şair-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru (AYB)
Adilə Nəzər, tarix üzrə fəlsəfə doktoru
Nəriman Qasımoğlu, filoloq (Naxçıvan MR Mədəniyyət Nazirliyi) Səyyar Məmmədov, tibb üzrə fəlsəfə doktoru, dosent (ATU) Fuad İslamzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, jurnalist, təsisçi və baş redaktor Xanoğlan Əhmədov, jurnalist İradə Sarıyeva, jurnalist, baş redaktor Şahnaz Salehqızı, filoloq-jurnalist, təsisçi və baş redaktor Vasif Sadıqlı, jurnalist, ictimai şəxs
Pərvin Abışova, veriliş redaktoru, köşə yazarı, Əməkdar journalist Ləman Ələşrəfqızı, jurnalist, baş redaktor Həbibə Abdulla, jurnalist, baş redaktor Məhəmməd Ərsoy, filologiya elmləri doktoru, professor (Qarabağ Universiteti)
Elçin İbrahimov, hüquq elmləri üzrə fəlsəfə doktoru Elvar Mirzəoğlu, təhsil üzrə mütəxəssis, ictimai şəxs
Elçin Əfəndi, fizika üzrə fəlsəfə doktoru (BDU)
Xavər Həsənova, müəllim Cəbrail Həşimov, baş redaktor (“Qanun” nəşriyyatı) Aygün Əzizova, təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent (ADPU) İlham Əhmədov, şair-filoloq (AYB)
Ayaz Arabaçı, filologiya elmləri doktoru (AMEA)
Nəriman Seyidəliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent (AMEA) Fidan Salayeva, tarix üzrə fəlsəfə doktoru, dosent (AMEA) Günel Aslanlı, pedaqogika elmləri doktoru (BDU) Mobil Aslanlı,
filologiya üzrə fəlsəfə doktoru, dosent (AMEA) Rasim Qurbanov, filologiya elmləri doktoru (AMEA) Qətibə Mahmudova, filologiya elmləri doktoru (AMEA) Nərgiz Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru (AMEA) Elnurə Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosent (AMEA)
Türkan Əsgərova, filologiya üzrə fəlsəfə doktoru, dosent (MDU) Elşad Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent ( BDU) Günay Rəfibəyli, filologiya üzrə fəlsəfə doktoru (BDU) Aytən Hümbətova, filologiya üzrə fəlsəfə doktoru (BDU) Nigar Seyidova, filologiya üzrə fəlsəfə doktoru (BDU) Ramil Bayramov, müəllim (ADİU) Könül Məlikova, filologiya üzrə fəlsəfə doktoru, dosent (AMEA) Təhminə İsmayılova, filologiya üzrə fəlsəfə doktoru, dosent (AMEA) İntizar Salehova , filologiya üzrə fəlsəfə doktoru, dosent (AMEA) Təranə Şükürlü, filologiya elmləri doktoru, dosent (ADU) Bənövşə Məmmədova, filoloq, baş müəllim (ADU) Xədicə Əyyubova, filoloq, baş müəllim (BQU) Elmira Kənan, filologiya üzrə fəlsəfə doktoru, dosent (AMEA) Aqil Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, dosent (ADU) Vəfa Seyidova, filologiya üzrə fəlsəfə doktoru, dosent (NDU)
Seyfəddin Eyvazov, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas (AMEA) Zəki Bayram,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent (AMEA) Zaur Əliyev, müəllim (orta məktəb) Mehparə Rəhimqızı, filoloq, müəllim Şəlalə Xəlilova, tarix üzrə fəlsəfə doktoru, dosent (BDU)
Lalə Əliyeva, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent (AMEA) İrada Zarqanayeva, operator (AMEA), filologiya elmləri doktoru, dosent (AMEA)
Zemfira Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent (AMEA) Aytən Allahverdiyeva, filologiya üzrə fəlsəfə doktoru (AMEA) Pərvin Bayramova, filologiya üzrə fəlsəfə doktoru (AMEA) Leyla Yusifova, filologiya üzrə fəlsəfə doktoru (AMEA)
Elnurə Abbasova, filologiya elmləri doktoru, dosent (AMEA) Günel Bayramova imzalayıb.
İradə SARIYEVA