AZ

"Komanda şəklində özümüzü tapa bilmirdik" - Samir Abasov

"Özünüz bilirsiz, bu turnirə necə köklənmişik. Kubok bizim üçün stimuldur, özümüzə ümid kimi görürük. Qarşımıza məqsəd qoymuşuq".

"Unikal" xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov ölkə kubokunda 1/4 final mərhələsində “Kəpəz”lə ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 2:0 hesablı qələbəni şərh edib: "Çətin səfərdə qələbə qazanmaq yaxşıdır. Amma bu o demək deyil ki, sondur. Rəqibə epizodlara verdik. Özümüz də böyük hesabla qalib gələ bilərdik. Əsas odur ki, bu oyun bizə nəticə olaraq digər matça hazırlaşmaq üçün motivasiya oldu, ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun əhəmiyyətini anlayırlar. Bura gələndən seriya əldə edə bilmirdik. Komanda şəklində özümüzü tapa bilmirdik. Demirəm indi ideal durumdayıq. Sadəcə şıxış yolları axtarmağa başladıq. Fikirləşdim ki, bizim üçün ən ideal oyun içində intizamı qorumaqdır. Bunlar da rəqibə epizod verməmək, sıx oynamaq, müdafiədə bir-birini sığortalayaraq qoynamaqdır. Bunu ən yaxşı nümunəsi “Sabah” və “Şamaxı”ya qarşı görüşlərimizdir. "Kəpəz"ə qarşı bu gün oynadığımız matçı da ora daxil etmək mümkündür".

Samir Abasov legioner limitinin ləğvinə də münasibət bildirib: "Bu haqda danışılmayanda mən danışmışdım. Hətta o vaxtı jurnalistlər yığılırdı ki, bəs, Samir Abasov belə şeylər dedi. Sanki Samir Abasov Azərbaycan futbolunun müqəddəratını həll edən adam idi. İndi isə belə qərar çıxdı. Dünən Tovuza qatarla yol gəlmişik. Eyni adamlar elə yanımda yenə bu haqda danışırdılar. İnanın ki, bu söhbətlərə girmədim, bu haqda fikirləşmədim. O qədər işimiz var ki, işimiz başımızdan aşıb-daşır. Kubok görüşləri, çempionat oyunları...Bu söhbətlər necə olacaq, yaxşı-pis tərəfini fikirləşməmişəm, fikirləşməyəcəm də. Hansı qərar çıxacaq, ona uyğun hərəkət edəcəyik".

Seçilən
19
8
unikal.az

10Mənbələr