AZ

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində işinə başlayan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2025”) təbliğ edilir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgi çərçivəsində milli stenddə 10 yerli turizm sənayesi nümayəndəsi və "Azərbaycan Hava Yolları" QSC təmsil olunur.

Ziyarətçilərə Azərbaycanın turizm imkanları, o cümlədən qastroturizm, şərabçılıq, qış turizmi və dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan maddi mədəni irs nümunələri barədə ətraflı məlumat verilir.

Həmçinin Türkiyə və digər ölkələri təmsil edən turizm sektoru nümayəndələri ilə B2B formatında görüşlər təşkil edilir.

Dünyanın beş böyük turizm sərgisindən biri hesab olunan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2025”) 95 ölkə təmsil olunur.

Qeyd edək ki, 2024-cü ildə Türkiyə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşıb. Ötən il Türkiyədən ölkəmizə 426 min 241 nəfər olmaqla, 2023-cü ilin rəqəmlərindən 13 faiz çox ziyarətçi gəlib.

Seçilən
0
8
yeniazerbaycan.com

9Mənbələr