AZ

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi məlum olub

Bakı. Trend:

Ötən il Azərbaycanda mədənçıxarma sənayesində məhsulistehsalının həcmi 41,2 milyard manat olub.

Trend bubarədə Dövlət Statistika Komitəsinən məlumat əldə edib.

Məlumata görə, mədənçıxarma sənayesində məhsul istehsalınınhəcmi əvvəlki illə müqayisədə 3,7 milyard manat, yaxud da 8,3%azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda mədənçıxarma sənayesindəməhsul istehsalının həcmi 44,9 milyard manat təşkil edib.

Həmçinin, ötən il xam neft və təbii qaz hasilatı sahəsindəistehsal həcmi 38 milyard manat olub ki, bu da, illik müqayisədə3,9 milyard manat və ya 9,5% azdır. 2023-cü ildə xam neft və təbiiqaz hasilatı sahəsində istehsal həcmi 41,9 milyard manat təşkiledib.

Bununla yanaşı, hesabat dövründə ölkədə metal filizlərininhasilatı sahəsində istehsal həcmi 382 milyon manat, mədənçıxarmasənayesinin digər sahələrində istehsal həcmi 256 milyon manat,mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsində istehsal2,5 milyard manat təşkil edib.

Seçilən
37
2
az.trend.az

3Mənbələr