AZ

Zelenski: Mən sülhə hazıram, onlar da masada olsun

Rusiya-Ukrayna müharibəsini bitirmək üçün təkcə münaqişə tərəfləri deyil, həm də ABŞ, Avropa danışıqlar masası arxasında oturmalıdır.

Azreform.info xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. 

Zelenski Ukraynanın müharibənin qaynar mərhələsinə son qoymağa hazır olduğunu bəyan edərək bildirib ki, ondan başqa heç kim onun kimi sülhə can atmır.

Onun sözlərinə görə, hətta Putinlə söhbət belə, artıq güzəşt və kompromisdir:

"Biz inanırıq ki, Tramp uğur istəyir. Amma uğur sağlam düşüncənin qələbəsidir. Bu, müharibənin qaynar mərhələsinin başa çatması və şübhəsiz ki, Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanəti deməkdir".

Zelenski hesab edir ki, Rusiyaya qarşı sanksiyaların ləğvi yalnız rus qoşunlarının Ukraynaya təkrar müdaxiləsi riskini artıracaq.

Mürtəza
Azreform.info

Seçilən
0
2
azreform.info

4Mənbələr