AZ

XİN Kahramanmaraşdakı zəlzələnin ildönümü ilə bağlı paylaşım etdi - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iki il əvvək Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşım nazirliyin rəsmi "X" hesabında edilib.

"Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələdən 2 il ötür.
 

Qardaş Türkiyədə ciddi insan itkisi və böyük dağıntılara səbəb olan bu fəlakətin qurbanlarını dərin kədərlə yad edir, onlara Allahdan rəhmət diləyirik.


Qardaş Türkiyə qədər ölkəmizi və xalqımızı da dərindən sarsıdan belə fəlakətlərin bir daha yaşanmamasını, Türkiyə dövləti və xalqına hər zaman firavanlıq və rifah arzu edirik", - paylaşımda qeyd edilib.


Bizim.Media

Seçilən
2
18
bizim.media

10Mənbələr