2023-cü il fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkmiş Kahramanmaraş bölgəsində qurulan "Azərbaycan məhəlləsi"ndə işlər yekunlaşmaq üzrədir.
Modern.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalında sözügedən məhəllə haqqında göstərilən süjetdə məlumat verilib.
Bildirilib ki, məhəllədəki inşa edilən mənzillərdə işlər Türkiyə tərəfindən TOKİ, Azərbaycan tərəfdən isə MİDA qurumları vasitəsilə həyata keçirilir.
Süjetdə mənzillərdə yaradılmış şərait barədə məlumat verilib. Həmçinin məhəllə sakinlərinin istirahəti üçün park salındığı bildirilib.
Qeyd edilib ki, 320 hektar ərazidə 1 323 mənzil və 799 iş yeri var. Bundan savayı, 1 318 dükan inşa edilib, 464 ofisin inşası tamamlanmağa yaxındır.
Yaxın zamanda zəlzələdən zərər görənlərə mənzillər püşkatma vasitəsilə təqdim ediləcək
Ətraflı süjetdə: