Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında tanınmış plastik cərrah Sevinc Heydərova da var.
“AzPolitika” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən qərar verilib.
Qeyd olunur ki, həmin cərrahların, o cümlədən S. Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.