Ajans.az xəbər verir ki, USPS bu qadağanın növbəti qərara qədər qüvvədə olacağını açıqlayıb.
Qeyd edək ki, Temu və Şeyn də daxil olmaqla pərakəndə satıcılara aşağı qiymətli bağlamaların rüsumsuz göndərilməsindən yararlanmağa imkan verən qayda da ləğv edilib.
USPS xidmətlərin dayandırılması ilə bağlı heç bir səbəb də göstərməyib.
Qərarın həmçinin uzunluğu 38 santimetrdən və ya qalınlığı 1,9 santimetrdən çox olmayan məktub və poçt göndərişlərinin qəbuluna təsir göstərməyəcəyi bildirilir.