AZ

Azərbaycan AZAL təyyarəsi tədqiqatının açıqlanan nəticəsindən sonra hansı addımları atacaq? VİDEO

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabat artıq açıqlandı. Başqa sözlə, təyyarənin quşlarla toqquşması kimi əsassız iddia oratadan qalxdı. Üstəlik təyyarədə oksigen balonunun partlaması da təsdiqini tapmadı.

Xezerxeber.az-ın xəbərinə görə, Qazaxıstan tərəfinin ilkin nəticələrə dair açıqlamalarını şərh edən millət vəkili Tural Gəncəliyev deyir ki, sərnişin təyyarəsinin rusiyaya məxsus hava hücumundan müdafiə sistemi ilə vurulması heç bir şübhə doğurmur. Rusiya tərəfi ilkin olaraq üzr istəməli, Azərbaycana müvafiq kompensasiyaların ödənilməsini həyata keçirməli və bunu etiraf etməlidir.

Tural Gəncəliyev bildirir ki, bu məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyi aydındır. Yəqin ki, aidiyəti qurumlar da bununla bağlı rəsmi açıqlamalar dərc edəcəklər. Millət vəkili onu da qeyd etdi ki, buna görə də, dövlətin bu sahədə siyasəti ardıcıl və sistemlidir. Məqsəd milli maraqları qorumaqdır.

Bütün hallarda hesabatın son nəticəsi gözlənəcək və bu məsələnin yekunlaşması Azərbaycanın istəyi və tələblərinin təmin edilməsi şəraitində həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
51
xezerxeber.az

1Mənbələr