Bu ilin ilk Yeni Ayı Dolça bürcündə baş verib. Astroloqlar Dolça Yeni Ayında bir neçə bürcün həyatlarında yeni səhifə açacağını bildirib.
Gundem.az xəbər verir ki, bu ay iki bürc iş və eşq həyatlarında yeni səhifə aça və dönüş nöqtələri yaşaya bilər.
Dolça
Yeni Ay birbaşa Dolça bürcündə olduğundan, şəxsi inkişaf, hədəflər və yeni başlanğıclar baxımından böyük fürsətlər gətirə bilər. Zəhmətkeşliyi ilə tanınan Dolçalar ideyalarını həyata keçirmək üçün şanslı dövrə qədəm qoya bilərlər. Eşq və iş həyatında dönüş dövrü yaşayan bu bürclər cəsarətli addımlar atacaqlar.
Tərəzi
Tərəzi üçün Dolça Yeni Ayının eşq həyatı, yaradıcılıq və ictimai mühit baxımından müsbət təsirləri ola bilər. Tərəzilər həyatlarında təmiz səhifə açmaq baxımından şanslı dövrə girə bilərlər. İş imkanları artacaq bu bürcün nümayəndələri, romantik münasibətlərdə də gözlənilməz və müsbət inkişaflar yaşaya bilər.