AZ

Bakıda 9 yaşlı qız vəfat etdi – Təcili yardım NİYƏ GECİKİB?

9 yaşlı Zəhra Hacıyevanın ölüm səbəbi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

NOCOMMENT.az xəbər verir ki,  “Məlhəm” klinikasından Zəhra Hacıyevanın ailəsinə təqdim edilən arayışa görə, ölüm səbəbi beyindaxili qansızma olub. Sənəddə qeyd edilib ki, Z.Hacıyeva yanvarın 28-i saat 06:00-da xəstəxananın pediatriya şöbəsinin reanimasiya bölməsinə qəbul edilib. Fevralın 2-də saat 04:05-də isə ölüm faktı qeydə alınıb.

Z.Hacıyevanın vəziyyəti qəfil pisləşən zaman təcili yardımın gecikmə səbəbi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, müraciətin qeydə alındığı vaxt Sabunçu ərazisi üzrə çağırış sayı çox olub və briqadalar təcili çağırışların (dəm qazı ilə zəhərlənmə, yıxılma, yol-nəqliyyat hadisəsi səbəbi ilə və s.) icrasında olub.

Məlumatda, həmçinin qeyd edilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il yanvarın 27-də saat 18:58-də Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 8 yaşlı şəxsin (qadın cinsli) halının pisləşməsi səbəbilə çağırış daxil olub:

“Saat 19:29-da xəstənin ailə üzvləri tərəfindən 103 Çağrı Mərkəzi ilə əlaqə yaradılıb və pasiyentin hansı tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı məsləhət alınıb. Çağırışın imtina kimi qeydə alınmasına baxmayaraq, saat 20:09-da azad briqadaya ötürülüb. Bu vaxt pasiyentin ailə üzvləri ilə əlaqə saxlanılıb. Ailə tərəfindən bildirilib ki, pasiyent müvafiq tibb müəssisəsinə aparılıb.

Həmin gün saat 20:58-də Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Maştağa Xəstəxanasından 103 Çağrı Mərkəzinə koma səbəbilə çağırış daxil olub. Pasiyent Respublika Pediatriya Mərkəzinin Yasamal Uşaq Klinik Xəstəxanasına təxliyə olunub”.

Xatırladaq ki, Z.Hacıyevanın anası Əfsanə Hacıyeva Oxu.Az-a açıqlamasında yanvarın 27-si axşam saat 6 radələrində qızının halının qəfil pisləşdiyini və təcili yardım çağırsalar da, gecikdiyini bildirmişdi. Ananın sözlərinə görə, 40 dəqiqə təcili yardımın gəlməyini gözləyiblər, lakin gələn olmayıb və qızını özləri xəstəxanaya çatdırıblar. Ana deyib ki, təcili yardım gecikməsə, bəlkə də qızının həyatını xilas etmək mümkün olardı.

Seçilən
8
7
nocomment.az

8Mənbələr