AZ

Həsən Nəzərli oynayıb, "Ankaragücü" uduzub

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü" növbətini oyununu keçirib.

İdman.biz xəbər verir ki, Ankara təmsilçisi Türkiyə kubokunun qrup mərhələsində "Rizespor"la qarşılaşıb.

2-ci tur çərçivəsində keçirilən oyun rəqib komandanın qələbəsi il başa çatıb. "Ankaragücü" 1:2 hesabı ilə uduzub. Renatın adı iştirak ərizəsinə daxil edilməsə də, Həsən fasilədən sonra meydana çıxmaq şansı qazanıb.

Qeyd edək ki, təmsilçilərimizin komandası ilk turda "İsgenderunspor"la xalları yarıya bölmüşdü. "Ankaragücü" 2 xalla qrupda 5-ci pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr