AZ

Türkiyə, Suriya, İraq və İordaniya İŞİD-ə qarşı birləşir

Ankara İŞİD terrorçularına qarşı mübarizə aparmaq üçün Suriya, İraq və İordaniya ilə qüvvələri birləşdirməyi planlaşdırır.

Türkiyə radikalların mümkün təcavüzünü dəf etmək üçün təhlükəsizlik sistemi hazırlamaq niyyətindədir. Layihədə Suriya, İraq və İordaniya iştirak edəcək.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqin yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə görüşüb. Tərəflər Suriyadakı təhdidlərə qarşı mübarizəni müzakirə ediblər.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
3
editor.az

1Mənbələr