AZ

Ağdam-Şuşa yolunda avtomobil aşıb, yaralananlar var

Ağdamda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikisi qadın olmaqla, üç nəfərin xəsarət aldığı hadisə işğaldan azad edilmiş Ağdam şəhəri ərazisində, Ağdam-Şuşa yolunda baş verib.

Yaralılar Xankəndi şəhər xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
5
yeniazerbaycan.com

9Mənbələr