ABŞ prezidenti Donald Trampın Qəzza zolağına nəzarət planı regionda çox minlərlə Amerika hərbçisinin olmasını tələb edəcək.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.
"Bu, çox güman ki, minlərlə Amerika əsgərini tələb edəcək və ola bilsin daha şiddətli münaqişəyə səbəb ola bilər", deyə nəşr bildirib.
NYT-nin məlumatına görə, Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Qəzzanı fələstinlilərə qaytarmaq niyyətində olmadığını açıqlayıb. O, buranı müəyyən bir qrup insan üçün deyil, hamı üçün bir yerə çevirməyi planlaşdırır.
Fevralın 5-də Tramp fələstinliləri oradan qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırdığını açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib.
Trampın planları ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub. Onlar Trampın təkliflərini qovma istəyi adlandırıblar. Netanyahu ABŞ prezidentini dəstəkləyərək, qutudan kənarda düşündüyünü və yeni fikirlər təklif etdiyini bildirib.
Samir