AZ

Məşhur şirkətin Azərbaycan nümayəndəsi HƏBS EDİLDİ 

Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

 

Modern.az trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

 

 

Hökmə əsasən, Orxan Babazadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

 

Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var və onlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə, zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyi bildirilib. Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb və leqallaşdırılıb.

 

Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
23
10
modern.az

10Mənbələr