“Nəyisə şərh etmək çətindir. Amma ümid edirəm ki, nə vaxtsa “Sumqayıt”ın qapısına yol tapıb qol vuracağıq”.
Publika.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski ölkə kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la(0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
– “Sabah” heyətindəki futbolçuların maaşına görə ilk üçlükdə ola biləcək komandadır. Buna baxmayaraq, 5-ci pillədəsiz. Bu gün də “Sumqayıt”ı məğlub edə bilmədiniz. Özünüz də demisiz ki,prioritet ölkə kubokudur. Bu cür imkanlara sahib komanda sona 15 tur qalmasına baxmayaraq, gözünü kuboka dikməsi nə qədər düzgündür?
– Sadəcə kubok oyununa deyil, çempionat matçına da köklənirik. Çünki qarşıda oyunlarımız var. Bizim məqsədimiz hər bir oyunda qalib gəlməkdir.
– AFFA İcraiyyə Komitəsi yeni sezon Premyer Liqada legioner limitini ləğv etdi. Bu məsələyə münasibətiniz necədir?