AZ

Daha bir ölkə ÜST-ni tərk etdi

ABŞ-nin ardınca Argentina Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığını elan edib.

 

Modern.qs xəbər verir ki, bu barədə Argentina Prezidentinin rəsmi nümayəndəsi Manuel Adorni məlumat verib.

 

“Prezident Miley Xarici İşlər Nazirinə Argentinanın Ümumdünya Səhiyyə Təşkilatında iştirakını dayandırmağı tapşırıb. Biz, argentinalılar, beynəlxalq təşkilatın suverenliyimizə müdaxilə etməsinə icazə verməyəcəyik”, - deyə Adorni bildirib.

 

O qeyd edib ki, ÜST Buenos Ayresi maliyyələşdirmir, ona görə də təşkilatdan çıxmaq respublikanın səhiyyə sisteminə təsir etməyəcək.

Seçilən
98
4
modern.az

5Mənbələr