AZ

Biləsuvarda şəhidlərin anım günləri qeyd olundu - Vətən Naminə

">

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, RİH Başcısı aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, Deputatın köməkçisi Əfsun Əlizadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri  İB Biləsuvar rayon filialının sədri, ıı qrup Qarabağ əlili Bəhruz Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidlərimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı veriblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Əbilhəsənov Kazım Kamil oğlu 15 sentyabr 1973-cü ildə Biləsuvar şəhərində anadan olmuşdur. 1980-1990-cı illərdə Biləsuvar şəhərində orta təhsil almışdır. 29 may 1992-ci ildə Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Qarabağda erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak etmişdir. 30 yanvar 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərərək qəhrəmancasına şəhid olmuşdur. 5 fevral 1994-cü ildə Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar şəhər küçələrindən birinə verilmişdir.

Azərbaycan Ordusunun əsgəri olmuş Abdullayev Səxavət Hidayət oğlu 05 fevral 1975-ci ildə Biləsuvar şəhərində anadan olmuş, orta təhsilini şəhər 4 saylı orta məktəbdə almışdır. 14 yanvar 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək, Biləsuvar şəhərində küçələrdən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
0
4
vetennamine.az

10Mənbələr