AZ

Aİ-nin nümayəndələri növbəti dəfə mövqelərimizi müşahidə etdi

Fevralın 5-i gündüz saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə üzbəüz yerləşən Paryur Sevak istiqamətində 1 ədəd UAZ və 3 ədəd cip tipli mülki nəqliyyat vasitəsinin hərəkəti tərəfimizdən müşahidə edilib.

Üzərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Avropa İttifaqının bayraqları olan nəqliyyat vasitələri Ermənistan silahlı qüvvələrinin mövqelərinə daxil olduqdan sonra avtomobillərdən enən şəxslər ərazinin müşahidəsini həyata keçiriblər.

Digər oxşar insident isə saat 12:00 radələrində Kəlbəcər rayonu ilə üzbəüz yerləşən Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində baş vermişdir. 

1 ədəd hərbi UAZ və üzərində Aİ bayrağı olan 2 ədəd Land-Cruiser-LX markalı nəqliyyat vasitəsi Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəldiyi təsbit edilmişdir. 

Baş vermiş hər iki insident zamanı Avropa İttifaqının monitorinq missiyasının nümayəndə heyətinin ərazidəki fəaliyyəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Milli.Az

Seçilən
5
5
milli.az

6Mənbələr