Burdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə,Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya, Dövlət Su Ehtiyatları Agentliyi Sədri Zaur Mikayılova, Hesablama Palatasının Sədrinə, Dövlət Əmək Müfəttişliyinə, bütün aidiyyəti Qurumlara səslənirəm və xahiş edirəm.
Ağdam rayon Su Melorasiya idarəsində rəzalət baş alıb gedir. O müəssisə ciddi şəkildə yoxlanmalıdır. Dövlət tərəfindən ayrılan vəsait təyinatı üzrə xərclənmir.İşçilərin hüquqları ciddi şəkildə pozulur. Əmək müqavilələri necə gəldi müdir tərəfindən öz maraqları çərçivəsində bağlanılır. Bir sözlə Hafiz Əzimzadə özünə müssisədə balaca biznes yaradıb öz biznesin inkişaf etdirir.
Azərbaycan Qanunlarına qarşı çıxır bu insan. Xahiş edirəm nəzərə alasınız.