AZ

Volqoqrad hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyuldu

Volqoqrad hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Hurriyyet.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Rosaviatsia” məlumat yayıb.

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 21:38-də Volqoqrad hava limanının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir", - məlumatda deyilir.

Federal Hava Nəqliyyatı Agentliyi qeyd edib ki, hava gəmilərinin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

Seçilən
15
1
hurriyyet.az

2Mənbələr