Biz razıyıq ki, Qəzzada atəşkəs ilk addımdır. Bu, qalan girovların azad edilməsi və humanitar fəlakətin sonu üçün ilk addımdır.
Axar.az xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Ştaynmayer ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı siyasətindən danışarkən qeyd edib:
“Fələstinliləri Qəzza zolağından köçürmək və ya sürgün etmək təklifləri narahatlıq və qorxu yaradır. Bu cür təkliflər beynəlxalq hüquq baxımından da qəbuledilməzdir”.