AZ

“Real” çətin qələbə ilə İspaniya Kubokunun yarımfinalında!

Bu gün futbol üzrə İspaniya Kubokunun 2024/2025-ci illər mövsümündə 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Madrid “Real”ı səfərdə “Leqanes”lə qarşılaşıb. Beş qolun qeydə alındığı görüşdə çətin qələbəyə sevinmiş paytaxt klubu yarımfinala vəsiqəni rəsmiləşdirib.

Xatırladaq ki, mərhələnin açılış matçında Madrid “Atletiko”su doğma meydanda “Xetafe”yə darmadağınla qalib gələrək yarımfinala ilk vəsiqənin sahibinə çevrilmişdi.

İspaniya Kubokunun 1/4 final mərhələsinə sabah keçiriləcək son iki oyunla yekun vurulacaq.

İspaniya Kuboku
1/4 final
4 fevral

Atletiko – Xetafe 5:0
Qollar: C.Simeone, 8; 17. Lino, 42. Korrea, 78. Sörlot, 86.

5 fevral

Leqanes – Real 2:3
Qollar: X.Kruz, 39-pen; 59 – Modriç, 18. Endrik, 25. Q.Qarsiya, 90+3.

6 fevral

22:30. Real Sosyedad – Osasuna
00:30. Valensiya – Barselona

Seçilən
93
arena.az

1Mənbələr