AZ

Borcu qaytarmayanlar: onlardan qaçmağın YOLLARI

Bir çox insanlar dostlarına, tanışlarına verdiyi borcu ala bilməməkdən şikayətlənirlər. Əvvəllər bu məsələlər dar çevrələrdə müzakirə olunurdusa, hazırda insanlar sosial şəbəkələrdə paylaşımlar edir. Bunun davamı olaraq digər şəxslər də statusların rəy bölməsində "dərd"lərini dilə gətirirlər. İnsanlar çıxılmaz vəziyyətdə qaldıqlarını dostluq, yoldaşlıq münasibətlərinə xələl gəlməməsi üçün üzə düşərək borc vermək ənənəsindən əl çəkə bilmədiklərini söyləyirlər. Qarşı tərəfin çətinliyini nəzərə aldıqlarını bildirirlər. Borc alanlar isə pulu geri verə bilmədiklərini müxtəlif formalarda əsaslandırırlar. Yaxud tamamilə unudurlar.

Ölkə.Az bununla bağlı kiçik araşdırma edib və bunu oxuculara təqdim edir:

Mütəxəssislər deyir ki, borc vermək sosial münasibətlərin bir hissəsidir, amma maddi çətinliklərə səbəb olursa, məhdudlaşdırılmalıdır. Əgər borcun geri qaytarılması problemə çevrilirsə, onda borc vermək şəxsi qərar kimi dəyərləndirilməli və insan öz maliyyə təhlükəsizliyini düşünməlidir. Burada əsas qayda odur ki, pulun qaytarılacağına əminlik varsa, borc verilməlidir, o cümlədən böyük məbləğlərdən isə çəkinmək zəruridir.

Geri qayıtmayacaq pulu verməmək üçün hansı cümlələr kömək edə bilər?

“Bağışla, öz planlarım var, artıq xərclərimi öncədən bölüşdürmüşəm”.“Son vaxtlar özüm də çətinlik çəkirəm, bağışla, kömək edə bilməyəcəm”.“Borc məsələsində pis təcrübəm olub, ona görə indi heç kimə borc vermirəm”.

Mövzunu dəyişmək üçün: “Başqa necə kömək edə bilərəm? Puldan başqa nəyə ehtiyacın var?”

Borc vermədiyinə görə münasibətlərin korlanmaması üçün nə etmək olar?

İnsan mövqeyini dəqiqləşdirməlidir: “Məsələn, izah etmək olar ki, mən prinsip olaraq borc vermirəm, dostluq başqa şeydir.”

Alternativ təklif etmək olar: “Pul verə bilmirəm, amma iş tapmaq, ideya vermək baxımından kömək edə bilərəm”.

Maliyyə məsələlərində sərhədini qoy: “Pul münasibətləri korlayır, ona görə heç kimə borc vermirəm.”

Əgər küsən insan səni ancaq pul üçün dəyərləndirirsə, deməli, elə onsuz da dost deyildi.

Seçilən
15
bakuinfo.net

1Mənbələr