AZ

Qərb: Rusiya Liviyada möhkəmlənmək istəyir

Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Moskva Liviyanı hərbi əməliyyatlar üçün bazaya çevirə bilər...

Poliqon xəbər verir ki, bu barədə Military Africa saytı məlumat yayıb.

Məqalədə iddia olunur ki, son vaxtlar Rusiya hərbi təyyarələri Suriyadan Liviyaya çoxlu sayda uçuşlar həyata keçirir, çünki Rusiya guya Liviya limanlarında öz donanması üçün bazalar yaratmaq istəyir. Bundan əlavə, Rusiya Liviyadakı qoşunlarının sayını əhəmiyyətli dərəcədə artırıb, Moskva da Liviyanın cənubunda, Sudan və Çad sərhədləri yaxınlığında logistik bazalar qurur və genişləndirir.

Hazırda Rusiya aviasiyası Liviyanın dörd böyük hava bazasından istifadə edir: Əl-Xadim (ölkənin şərqində), Əl-Cufra (mərkəzdə), Brak əl-Şati (cənub-qərbdə) və Əl-Qərdabiya (Sirte). Rusiya Mali, Burkina Faso və Sudana əlavə təchizat üçün öz infrastrukturunu fəal şəkildə modernləşdirir. Yanvarda Rusiya hərbçiləri Çad və Sudan sərhədləri yaxınlığında yerləşən Maaten əl-Sarra aerodromunu nəzarətə götürüb.

Nəşrin iddiasına görə, Rusiyanın Liviyaya bu qədər artan nüfuzu Moskvanın feldmarşal Xəlifə Haftar və onun Liviya Milli Ordusu ilə yaxın əlaqələri sayəsində mümkün olub.

Poliqon.info

Seçilən
48
1
poliqon.info

2Mənbələr