AZ

ABŞ və İsrail İrandan gələn təhdidlərə qarşı birgə işləmək barədə razılığa gəliblər

Pentaqonda ABŞ müdafiə naziri Pit Heqsetlə İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş baş tutub...

Poliqon xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib. Bu Heqsetin müdafiə naziri təyin olunduqdan sonra yüksək səviyyəli xarici rəsmi ilə ilk görüşüdür.

Pentaqonun saytında dərc olunan press-relizdə deyilir ki, Pit Heqset ABŞ və İsrail arasında sıx əlaqələri vurğulayaraq, yəhudi dövlətini Yaxın Şərqdə nümunəvi müttəfiq adlandırıb. ABŞ müdafiə naziri həmçinin Netanyahuya İsrailin İranı əhəmiyyətli dərəcədə zəiflədən hərbi əməliyyatlarına görə təşəkkür edib.

Tərəflər İranın regional təhlükəsizliyə təhdid olaraq qaldığını təsdiqləyib və bu çağırışın həlli üçün birgə işləməyə razılaşıblar. Heqset ABŞ prezidenti Donald Trampın administrasiyasının İsrailin özünümüdafiə hüququnu dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl, fevralın 5-də Benyamin Netanyahu Ağ Evdə Donald Trampla görüşüb. Görüşdən sonra Amerika prezidenti söz verib ki, ABŞ Qəzza zolağına nəzarəti ələ keçirəcək. Tramp bir daha anklavın sakinlərini müxtəlif ölkələrə, o cümlədən İordaniya və Misirə köçürməyi təklif edib.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr