AZ

FTB baxış zamanı götürülən məxfi sənədləri Trampa qaytaracaq

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın 2022-ci ildə Florida ştatındakıMar-a-Laqo mülkündəki FTB-nin baxışı zamanı Trampdan götürülənsənədlər geri qaytarılacaq.

Trend-inməlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, dövlət başçısı məxfi sənədləri, habelə geyim,hədiyyələr, təbrik kartları, qəzet parçaları və kanadalı müğənniSelin Dionun şəkilləri kimi digər əşyaları geri alacaq. Trampınməxfi sənədlərlə düzgün rəftar etməməsini araşdıran prokurorlara vəFTB agentlərinə artıq prezidentdən ələ keçirilən əşyaları geriqaytarmaq əmri verilib.

2022-ci ilin avqustunda Mar-a-Laqoda aparılan axtarış zamanıFederal Təhqiqat Bürosunun agentləri 27-si ofisdə, 75-i isə saxlamaotağında olmaqla ümumilikdə 102 sənəd ələ keçirib.

Məqalədə:
Seçilən
7
2
az.trend.az

1Mənbələr