AZ

Tramp transseksualların qadınların yarışmalarında iştirakına qadağa qoyub

ABŞ prezidenti Donald Tramp transgenderlərin qadınların idman yarışlarında iştirakını qadağan edən sərəncam imzalayıb...

Poliqon xəbər verir ki, “Kişiləri qadın idmanından uzaq tutun” adlı sənəd Ağ Evin saytında dərc edilib.

“İndi qadın idmanı yalnız qadınlar üçün olacaq. Qadınların idmanına qarşı müharibə başa çatıb”, deyə Amerika prezidenti sərəncamı imzalayarkən deyib.

Tramp həmçinin qeyd edib ki, sənəd ABŞ mədəniyyətini və qanunlarını geri qaytarmaq üçün genişmiqyaslı səylərin bir hissəsidir.

Donald Trampın mətbuat katibi Caroline Livit CNN telekanalına bildirib ki, Amerika prezidenti ABŞ Olimpiya Komitəsi və Milli Atletizm Assosiasiyasının kişilərin qadın idmanında yarışmasına icazə verməməsini gözləyir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Donald Tramp “kişiləri qadın idmanından uzaqlaşdıracağına” söz vermişdi. Yanvar ayında Ağ Evin rəhbəri ABŞ-da 19 yaşdan kiçik insanlar üçün cinsiyyətin dəyişdirilməsi əməliyyatını qadağan edən sərəncam imzalayıb. Donald Tramp həmçinin transseksuallara ABŞ ordusunda xidmət etməyi qadağan edən fərman verib.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr