Demokrat.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
İslam Bazarqanov (57 kq) 1/4 finalda serbiyalı Azamat Tuskayevə 3:1 hesabıyla qalib gəlib. Bazarqanov yarımfinalda isə iranlı Fərhad Xateri üzərində tam üstünlüklə (10:0) qələbə qazanıb. İslam finalda amerikalı Spenser Liyə 2:6 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.
Nürəddin Novruzov (61 kq) təsnifat mərhələsində iranlı İbrahim Xari ilə bacarmayıb – 0:10. Novruzov təsəlliverici görüşdə moldovalı Leomid Kolesnikə tam üstünlüklə (14:3) qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə iranlı Reza Momenizadəni məyus edib – 8:4.
Əli Rəhimzadə (65 kq) ilk mərhələdə polşalı Xristof Bienkovskini yarışdan kənarlaşdırıb – 3:0. Rəhimzadə 1/4 finalda amerikalı Josef Makkennaya 4:7 hesabıyla məğlub olub. Əli bürünc medal uğrunda gürcüstanlı Qoqa Otinaşviliylə mübarizədən qalib ayrılıb – 6:0.
Kənan Heybətov (70 kq) təsnifat mərhələsində meksikalı Austin Qomezdən güclü olub – 9:5. Həmyerlimiz 1/4 finalda polşalı Patrik Olenşinə heç bir şans tanımayıb – 11:1. Heybətov yarımfinalda gücünü iranlı İbrahim İlahiçurana göstərib – 10:5. Kənan finalda İran yığmasının digər üzvü Sina Xalili üzərində də inamlı qələbə qazanıb – 12:1.
Ağanəzər Novruzov (74 kq) 1/4 finalda slovakiyalı Taymuraz Salkazanova 0:5 hesabıyla uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə isə gürcüstanlı Giorgi Elbakidzeyə 2:3 hesabıyla məğlub olub.
Arseniy Djioyev (86 kq) ukraynalı Muxammed Aliyev və gürcüstanlı Tariyel Gafrindaşviliyə vaxtından əvvəl (10:0) qalib gəlib. Djioyev amerikalı Trent Hidleyi də 5:0 hesabıyla üstələyərək adını finala yazdırıb. Onun həlledici qarşılaşmada rəqibi amerikalı Zahid Valensiya olub. Rəqibinə 0:8 hesabıyla uduzan Arseniy gümüş medalı boynundan asıb.
9Mənbələr
-
demokrat.azAzərbaycan güləşçiləri ilk gündə 5 medal qazandılar ( 15282029)
-
publika.azAzərbaycan güləşçiləri ilk gündə 5 medal qazandılar ( 15281975)
-
futbolpress.azAzərbaycan millisi reytinq turnirinə 1 qızıl, 2 gümüş və 2 bürünclə start verdi ( 15280895)
-
sia.azAzərbaycan güləşçiləri reytinq turnirinə 5 medalla başlayıblar ( 15280889)
-
teleqraf.comGüləşçilərimiz 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazandılar ( 15280871)
-
azertag.azAzərbaycan güləşçiləri reytinq turnirinə 5 medalla başlayıblar ( 15280725)
-
rekord.azReytinq turnirinin ilk günündə 5 medal ( 15280627)
-
arena.azGüləş: İlin ilk beynəlxalq turnirinə 5 medallıq start ( 15280587)
-
teleqraf.comAzərbaycanın 3 sərbəst güləşçisi reytinq turnirin finalına yüksəlib ( 15277833)