AZ

Morgan Stanley FED-in uçot dərəcəsinin azaldılması ilə bağlı proqnozunu yeniləyib

Qlobal investisiya bankı "Morgan Stanley", ABŞ prezidenti Donald Trampın tarif siyasəti (bir sıra ölkələrdən idxala əlavə gömrük rüsumlarının tətbiqi) ilə bağlı qeyri-müəyyənliyi əsas gətirərək, bu il FED tərəfindən faizlərin yalnız 0,25 bənd azaldacağını nəzərdə tutur. Beləliklə, "Morgan Stanley" faiz endiriminin proqnozlaşdırılmasında "Barclays və "Macquarie"yə qoşulub. 

Marja xəbər verir ki, "Wall Street" brokeri olan "Morgan Stanley" daha əvvəl mart və iyun aylarında hər birində olmaqla 0,25 bəndlik (cəmi 0,50 faiz bəndi) faiz endirimi gözlədiyini bildirmişdi.

"Goldman Sachs" və "Wells Fargo" kimi banklar isə bu il iki dəfə faiz endirimi gözləməkdə davam edirlər.

İnflyasiya ilə bağlı risklər artır

Prezident Trampın tarif (gömrük rüsumu) siyasətinin inflyasiyanı artıracağı gözlənilir. Bu baş verərsə, ABŞ mərkəzi bankı (FED) inflyasiya təzyiqlərini azaltmağa çalışdığı bir dövrdə, əlavə bir təzyiq yaranacaqdır. 

"Morgan Stanley" analitikləri bildiriblər: "Gözlədiyimizdən daha sürətli tariflərin tətbiqi inflyasiyanın daha yüksək tempdə artmasına səbəb ola bilər. Bu, nflyasiyası ilə bağlı qeyri-müəyyənliyi yüksək səviyyədə saxlayacaq və PCE inflyasiya riskini artıra bilər."

FED-in üstünlük verdiyi qiymət göstəricisi olan şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi dekabr ayında bazar gözləntilərinə uyğun olub.

Mərkəzi Bank olan FED yanvar ayında keçirilən iclasında faizlərini 4,25-4,50% aralığında sabit saxlayıb. FED sədri Jerome Powell faizlərin daha da azaldılmasının indi inadkar yüksək inflyasiyanın azaldılmasında daha çox irəliləyişdən asılı olduğunu söyləyib.

"2025-ci ildə pul siyasətinin yolu olduqca qeyri-müəyyən olaraq qalır", - "Morgan Stanley" analitikləri əlavə ediblər.

Seçilən
61
marja.az

1Mənbələr