Pentaqonun rəhbəri Pit Heqset və Panama prezidenti Xose Raul Mulino telefon danışığı zamanı iki dövlətin sıx əlaqələri və təhlükəsizlik sahəsində onların ümumi maraqlarını müzakirə edib, Panama kanalının qorunması məsələsinə toxunublar...
Poliqon xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
Nazir və prezident iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi barədə də razılığa gəliblər. Onlar vurğuladılar ki, ABŞ və Panama Kanalı İdarəsi arasında əməkdaşlıq geniş sahələri əhatə edir və inkişaf etməkdə davam edir.
Qeyd edilib ki, Heqset Panamaya gələcək. Mulino ABŞ müdafiə nazirinin ölkəsinə səfərinin iki ölkə arasında sıx əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini və bu da öz növbəsində Panama kanalının xarici təhlükələrdən birgə müdafiəsini təmin edəcəyini gözləyir.
Xatırladaq ki, Tramp andiçmə mərasimindəki çıxışında ABŞ-ın kanala nəzarəti bərpa etmək niyyətində olduğunu bildirib.
Poliqon.info