AZ

Azyaşlıya görə yeniyetməni bıçaqladı, 6 ilik cəza aldı - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vahid Qədimovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayn, M.Cəlal küçəsində yerləşən 143A saylı binanın qarşısında qeydə alınıb.

 

Belə ki, paytaxt sakini, 2007-ci il təvəllüdlü Vahid Qədimov 2009-cu il təvəllüdlü, zərərçəkmiş Mahir Bəkirova (şərti) yaxınlaşaraq onunla mübahisə edib. Buna səbəb olaydan bir neçə gün əvvəl zərərçəkmişin həmin məhəllədə yaşayan azyaşlı V.V.-ni (şərti) vurması olub. Bu zaman Vahid bıçaqla Mahirin qarnından 1 dəfə vuraraq, ona xəsarət yetirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Qədimov 6 il müddətə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib o, cəzasını yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə (kompleks) çəkəcək.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

Tarix: 6 Fevral 2025, 09:02   
Seçilən
65
1
pravda.az

2Mənbələr