Bakı. Trend:
Bu gün İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light"markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici iləmüqayisədə 1,62 ABŞ dolları və ya 2,06% azalaraq 76,80 dollar/bareltəşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,64 dollar və ya 2,12%ucuzlaşaraq 75,59 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 2,02 dollar və ya 3,22% azalaraq 60,55 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 1,54 dollar və ya 2,01%azalaraq 74,83 dollar/barel təşkil edib.
Fevralın 5-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.