“Sabah” və “Qəbələ”nin sabiq futbolçusu Zurab Oçiqava karyerasını bitirib.
QOL.az xəbər verir ki, o, bunun səbəbi ilə bağlı Ukraynanın "Sport" nəşrinə müsahibəsində danışıb. Gürcü asilli ukraynalı futbolçu məşqçiliyə başlayacağını bildirib.
Qeyd edək ki, Zurab 2021-ci ilin əvvəlindən 2023-cü ilin yayınadək “Sabah”da, 2023-24 mövsümündə isə “Qəbələ”də oynayıb. O, zədə səbəbindən uzun müddət meydanlardan kənarda qalmışdı.