Azərbaycan Kubokunda 1/4 final mərhələsi davam edir.
Msport.az xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində daha iki görüş keçiriləcək.
Əvvəlcə Premyer Liqada avrokuboklara iddia edən “Araz-Naxçıvan”la “Zirə” birincilərin meydanında üz-üzə gələcək.
Ardından isə “Qarabağ” “Səbail”in qonağı olacaq.
Qeyd edək ki, mərhələnin dünən keçirilən oyunlarında “Neftçi” səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, “Sabah”la “Sumqayıt” qolsuz bərabərə qalıb.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
6 fevral
16:00. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Liv Bona Dea Arena”
18:30. “Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”