AZ

Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidovun doğum günüdür

Mirəsgər Seyidov 6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub.

QHT.az xəbər verir ki, 1987-ci ildə Naxçıvan şəhər 39 saylı orta məktəbdən məzun olaraq hərbi xidmətə yollanıb və 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında xidmət edib. Xidməti başa vuraraq 1990-cı ildə Naxçıvana qayıdan Mirəsgər Seyidov işğalçı erməni silahlılarının Azərbaycana torpaqlarına aramsız hücumlarının başlanmasından sonra könüllü olaraq Babək rayonu Yuxarı Buzqov kəndində yaradılan özünümüdafiə batalyonuna qatılıb. Batalyonun tərkibində düşmən hücumlarının qarşısının alınmasında şücaət göstərən Mirəsgər Seyidov döyüşlər zamanı xeyli düşmən canlı qüvvəsini məhv edib. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci ilin 14 iyun tarixində döyüş meydanında qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

Seçilən
10
qht.az

1Mənbələr