Xırdalanda mebel sexində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində ümumi sahəsi 100 kvadratmetr olan mebel sexində baş vermiş yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Vurğulanıb ki, yanğın nəticəsində mebel sexinin 45 kvadratmetri sahədə yanıb. Obyektin qalan hissəsi və bitişik yerləşən digər sex yanğından mühafizə olunub.
Mətləb