“Əgər sosial təzyiqdən danışırıqsa, yəgin ki, ən çox müzakirə olunan “Top-10”luq varsa, orada məndə varam”.
OLAY yazır ki, bu sözləri müğənni Nərmin Kərimbəyova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Sənətçi bildirib ki, müzakirə olunması üçün qəsdən heç bir şey etmir:
“Bu səbəbli şəkildə deyil. Bunun üçün şəxsən mən qəsdən və qətiyyən heç nə etmirəm. Sadəcə səmimiyyətimi ortalığa qoyuram. Özümü səhnədə necə hiss edirəmsə elə də davranıram. Nə etməyi düzgün hesab edirsəmsə onu da edirəm və edəcəyəm də… Çünki bu mənim yolum, dəsti-xətdimdir. Azərbaycanda son illər musiqiyə yanaşma çox dəyişib. Hesab edirəm ki, bəzi məqamlarda gerimələrdə var. Bu hallar heç də az deyil. Çünki sevilən musiqilər o deyil. 20 il əvvəl fərqli musiqilər sevilirdi. İndi isə başqadır. Mən isə digər musiqini təbliğ edirəm”.