AZ

"Qalatasaray" keçmiş futbolçusunu qaytardı

Türkiyənin "Qalatasaray" klubu növbəti transferini gerçəkləşdirib.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Vulverhempton" klubundan Mario Leminanı heyətinə qatıb.

31 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Lemina 2019-2020-ci illərdə də "Cim-Bom"un şərəfini qoruyub.

Qeyd edək ki, "Qalatasaray" daha əvvəl İtaliya "Milan"ından Alvaro Morata və "Eyüpspor"dan Ahmed Kutucunu alıb.


Müəllif: Royal Həsənov
Seçilən
1
teleqraf.com

1Mənbələr