AZ

“Moody's”: 2025-ci ildə Azərbaycanda ÜDM artımı 4% olacaq

“Moody's” 2025-ci ildə Azərbaycanda ÜDM artımını 4% proqnozlaşdırır

Beynəlxalq reytinq agentliyi Moody's 2025-ci ildə Azərbaycanda ÜDM-in real artımının təxminən 4% olacağını proqnozlaşdırır.

Agentliyin hesabatında qeyd edildiyi kimi, ölkə iqtisadiyyatı gözləniləndən daha sürətlə inkişaf edir.

2024-cü ildə ÜDM illik ifadədə 4,1% artıbsa, 2023-cü ildə bu rəqəm cəmi 1,1% olub. Moody's qeyd etdiyi kimi, artımın əsas mühərriki 2024-cü ildə 6,2% artmış qeyri-neft sektoru olaraq qalır.

Karbohidrogen qiymətlərinin aşağı düşməsinə və planlaşdırılan büdcə xərclərinin artıq olmasına baxmayaraq, 2024-cü ildə icmal büdcənin profisiti ÜDM-in 4%-ni təşkil edib ki, bu da 2023-cü ilin səviyyəsindən (8,2%) xeyli aşağıdır.

Moody's-in proqnozuna görə, 2024-cü ildə dövlət büdcəsinin kəsiri orta səviyyədə - ÜDM-in 1-2%-i daxilində qalacaq: "Bu, borclanma ehtiyacını minimuma endirəcək və dövlət borcunun səviyyəsini ÜDM-in 30%-dən aşağı saxlayacaq".

Hesabat müəllifləri vurğulayırlar ki, bu göstərici oxşar kredit reytinqlərinə malik ölkələrin və Qazaxıstan kimi digər neft hasil edən dövlətlərin (Baa1, sabit) orta səviyyəsindən xeyli aşağı olaraq qalır ki, bu da Azərbaycanın kredit qabiliyyətinin mühüm amilidir.

Seçilən
3
anspress.com

1Mənbələr