AZ

Trampın təzyiqi işə yaradı: ABŞ gəmiləri Panama kanalından pulsuz keçəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ hökumətinə məxsus gəmilər Panama kanalından ödənişsiz keçə biləcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti "X" sosial şəbəkə hesabında məlumat verib.
Məlumatda deyilir: "Birləşmiş Ştatlar hökumətinin gəmiləri indi Panama kanalından ödəniş etmədən keçə bilərlər, bu da ABŞ hakimiyyətinə hər il milyonlarla dollar qənaət etməyə imkan verəcək".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də inauqurasiya mərasimində çıxış edərkən Panama kanalını geri almaq niyyətində olduğunu bildirmişdi.
1914-cü ildə istifadəyə verilən gəmiçilik kanalı ABŞ tərəfindən tikilib və onun nəzarətində olub. 1977-ci ildə Torrixos-Karter müqaviləsi kanalın Panamaya mərhələli şəkildə verilməsini təmin edib və bu proses 1999-cu ildə başa çatıb. Saziş kanalın neytral statusunu və dünya ticarətinin maraqları naminə əlçatanlığını nəzərdə tuturdu. Bu gün o, qlobal iqtisadiyyatda ən vacib marşrut və ABŞ-nin maraqlarının əsas obyektlərindən biri olaraq qalır.
Seçilən
79
50
oxu.az

10Mənbələr