AZ

“Təbiətin nemətləri” İtaliyadan Heydər Əliyev Mərkəzinə gətirilir! (VİDEO)

Bakı. Trend:

Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş CüzeppeKartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Giftsof nature”) fərdi sərgisi açılacaq.

Trend xəbərverir ki, ekspozisiyada böyük meyvə və tərəvəz heykəllərininmüəllifi Cüzeppe Kartanın 120-dən çox əsəri sərgilənəcək.

Müəllif əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəkisərgisi üçün yaratdığından onlar ictimaiyyətə ilk dəfə Bakıdatəqdim edilmiş olacaq. Həmin kompozisiyaların arasında xüsusisənətkarlıqla işlənilən, yaradılması böyük zaman tələb edən fındıq,moruq, şaftalı, çili bibərinin unikal heykəlləri və instalyasiyalaryer alacaq.

Əsərlər mövzunun sadəliyi baxımından tamaşaçıya çox yaxındır,eyni zamanda təbiətin bizə bəxş etdiyi nemətlərin nə qədər dəyərliolduğunu ifadə edir. Məhz bu xüsusiyyət Cüzeppe Kartayaradıcılığının incəsənət nöqteyi-nəzərindən ümumbəşəri mesajınıçatdırır.

Cüzeppe Karta: nəhəng natürmortlaryaradıcısı

ABŞ, Avstraliya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, İtaliya,Yeni Zenlandiyada təşkil edilən sərgilərdə, festivallarda, VenesiyaBiennalesində təmsil olunan, çoxsaylı beynəlxalq mükafatlarınsahibi Cüzeppe Kartanın əsərlərini paytaxt Bakıda bir ilə yaxınmüddətdə izləmək mümkün olacaq. “Təbiətin nemətləri” sərgisi HeydərƏliyev Mərkəzində 2026-cı ilin yanvar ayınadək davam edəcək.Əsərlər Mərkəzin park ərazisi və sərgi zalında nümayişolunacaq.

Nar, zeytun, üzüm və s. heykəlləri Cüzeppe Kartanı dünyayasülhü, torpağı və xalqların mədəniyyətini təbliğ edən incəsənətxadimi kimi tanıdıb. Onun sənətinin əsas mövzusu təbiət və torpağınnemətləridir. O, bu mövzunu həyatın, ümidin, yenidən doğuluşun vəcücərmənin universal rəmzi kimi təsvir edir.

Dünya üzrə “Çili bibəri səfiri” olanheykəltaraş

Avropada tanınan “Böyük bibərlər” seriyası Cüzeppe Kartatərəfindən Çin Xalq Respublikasının Siçuan əyalətinin Çonqkinqşəhəri üçün hazırlanıb. 7,5 hündürlüyündəki bu heykəl bölgəninrəmzi kimi əsas meydanı bəzəyir. Cüzeppe Karta nüfuzlu Dünya ÇiliAlyansının (World Chilli Alliance) rəmzini də yaradıb.

Müəllif “Milan Ekspo 2015”də Birləşmiş Millətlər Təşkilatınınmeyvə bağları konsepsiyası çərçivəsində də qırmızı bibər heykəlinitəqdim edib. Həmin ilin sonunda bu heykəl onun Vətənində SardiniyaBankının mülkiyyətinə çevrilir.

İtaliyanın Çili Bibər Akademiyası tərəfindən isə Cüzeppe Kartayadünya üzrə “Çili bibəri səfiri” titulu verilib.

Şəhər və incəsənət məkanlarının rəmzinə çevrilən“Narlar”

Cüzeppe Kartanın təsvir obyektlərindən biri də nardı. O, 2012-ciildə məşhur tenor və bəstəkar Andrea Boçellinin Toskanabölgəsindəki “Sükut teatrı” üçün 9 metrlik nəhəng narla səhnədekorasiyası hazırlayır. Daha sonra Kartanın “narlar”ı “Sükutteatrı”nın rəmzinə çevrilir.

Ümumiyyətlə, Kartanın meyvə və tərəvəz heykəllərinin dünyanınbir-birindən fərqli yerlərini bəzəməsinə dair siyahını artırmaqolar. Onun bu yaradıcılıq konsepsiyası dünyada rezonans yaradabilib.

Kartanın kompozisiyaları eşidilməyən, lakin hiss olunan həzinbir melodiyanı xatırladır, əsərləri təbiətin əbədi gözəlliyini birdaha təsdiq edir.

Seçilən
0
4
az.trend.az

5Mənbələr