AZ

20-yə yaxın layihə İqtisadi Zonaların İnkişafı Agentliyində baxılma prosesindədir

Hazırda Agentlik tərəfindən baxılmada olan 20-yə yaxın layihə əsasən əczaçılıq və qida məhsullarının istehsalı, mebel klasterinin yaradılması, avtomobil istehsalı və s istiqamətlərdir.

Qeyd etdiyim kimi sənaye zonaları ölkəmizdə sahibkarların investisiya layihələrini həyata keçirmələri üçün əlverişli məkanlardır.

Operativ Media xəbər verir ki,bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyin sədri Seymur Adıgözəlov İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına sahibkarların marağı hansı səviyyədədi və hazırda Agentlikdə baxılmada olan layihələr varmı sualına cavab olaraq bildirib. 

Qeyd etdiyim kimi sənaye zonaları ölkəmizdə sahibkarların investisiya layihələrini həyata keçirmələri üçün əlverişli məkanlardır. Təbii olaraq sahibkarlar tərəfindən sənaye zonalarına, xüsusən də işğalda azad edilmiş ərazilərdə yaraılmış sənaye parklarına marağı yüksəkdir. Agentlik tərəfindən sahibkarların sənaye zonalarına cəlb edilməsi istiqamətində mütəmadi işlər aparılır. Hazırda Agentlik tərəfindən baxılmada olan 20-yə yaxın layihə əsasən əczaçılıq və qida məhsullarının istehsalı, mebel klasterinin yaradılması, avtomobil istehsalı və s istiqamətlərdir.

Seçilən
3
operativmedia.az

1Mənbələr