![Nəvə](https://ulusum.az/uploads/posts/2025-02/f160520a65_upload-shutterstock_488547841-pic_32ratio_900x600-900x600-56245.webp)
Uvelski qəsəbəsindən olan gənc nənəsindən 600 min rubldan çox pul oğurladığı üçün məhkəmə qarşısına çıxacaq. “Ulusum”.az xəbər verir ki, bu barədə Çelyabinsk vilayəti DİN məlumat verib.Yaşlı qadın hüquq-mühafizə orqanlarına müraciət edərək bank hesabından bütün yığımlarının yoxa çıxdığını bildirib. Polisin araşdırmasına görə, pul itməzdən əvvəl onun evində 18 yaşlı nəvəsi qonaq olub.Gənc nənəsinin telefonunu götürərək mobil tətbiq vasitəsilə bir neçə gün ərzində pulları öz şəxsi hesabına köçürüb. Hadisə ilə bağlı bank hesabından oğurluq maddəsi ilə cinayət işi açılıb. Gənci altı ilədək həbs cəzası gözləyir.Səidə
Diqqət Çəkənlər
İş saatlarında - Dəyişiklik
Kinomuzun unudulmaz ikonası - Hamlet Xanızadə
Sabah Azərbaycanda hava necə olacaq?