AZ

İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahına malik olardı-  Netanyahu

Əgər İsrail buna mane olmasaydı, İran 10 il əvvəl nüvə silahına sahib ola bilərdi . Vətəninfo.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Fox News telekanalına müsahibəsində bildirib .

” Şübhə yoxdur ki, İran nüvə silahı əldə etməyə hazırlaşır  . Onların qarşısını almaq üçün müxtəlif tədbirlər görməsəydik , yəqin ki , 10 il əvvəl belə olardı. ” – deyə Netanyahu bildirib.

” Biz onları yavaşlatdıq , lakin tam dayandıra bilmədik ” , – Netanyahu əlavə edib .

“Axios” portalı mənbələrə istinadən yazıb ki, Netanyahu danışıqlar zamanı ABŞ prezidenti Donald Trampı İranın yerin dərinliklərində yerləşən nüvə obyektlərini məhv edə biləcək silahlarla təmin etməyə cəhd etməyi planlaşdırıb.

Seçilən
215
25
veteninfo.az

10Mənbələr